banner
banner

Dünya

Qırğızıstan `Yeni SSRİ`nin üzvü oldu

Qırğızıstan `Yeni SSRİ`nin üzvü oldu
Qırğızıstan bu gündən Avrasiya İqtisadi İttifaqı (Aİİ) tamhüquqlu üzvü olub.
Bu barədə Avrasiya İqtisadi Komissiyasının (AİK) mətbuat xidmətinin yaydığı məlumatda bildirilir. 
`Avqustun 6-ı Qırğızıstanın Aİİ-yə üzv olması barədə saziş qüvvəyə minir. Qırğızıstan Aİİ-nin beşinci tamhüquqlu üzvü olur`, - deyə məlumatda vurğulanır. 
Qeyd edək ki, Nursultan Nazarbayev ötən gün Qazaxıstanın Qırğızıstanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) barədə sazişi təsdiqləyib.
Qırğızıstan mayın 22-i respublikanın Aİİ-yə qoşulması barədə bütün ölkə daxili proseduraları yekunlaşdırıb. 
Qazaxıstan Qırğızıstanın Aİİ-yə qoşulmasını təsdiqləyən sonuncu ölkə olub. Buna qədər sənədi Ermənistan, Belarus və Rusiya prezidenti təsdiqləmişdi.
 
Daha əvvəl Rusiya prezidenti Vladimir Putin bəyan etmişdi ki, Aİİ digər ölkələr üçün də açıq qurumdur. 
 
Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqının yaradılması barədə saziş Rusiya, Belarus və Qazaxıstan prezidentlərinin ötən ilin may ayının 29-da Astanada keçirdiyi görüş zamanı imzalanıb. 
 
Müqavilə quruma üzv ölkələrin ərazisində malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur.
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.